Rusiyada koronavirusa daha 18 233 yoluxma qeydə alınıb

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb.

Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb, 811 nəfər isə vəfat edib.


Hazırkı dövrədək koronavirusdan sağalanların sayı 9 524 039 nəfər, ölənlərin saıy isə 310 518 nəfər təşkil edir.