Allaha şükür, qardaşım artıq özünə gəlir. Həkimlər sabah gedib onu canlı görə biləcəyimi dedilər.
Bu sözləri AzerTimes-a açıqlamasında Məhərrəm Həsənov qardaşı, qazi Elşən Həsənovun səhhəti haqqında danışarkən deyib.
O bildirib ki, artıq Elşən komadan ayılıb:
“Həkimlər onun böyrəklərinin funksiyasının yaxşılaşdığını və sağlamlığında yaxşılığa doğru irəliləyişin olduğunu dedilər. Bir az qollarında və ayaqlarında şişkinlik qalıb, o da müalicə ilə keçib gedəcək. Çox sevinirəm! Maraqlanan hər kəsə minnətdarıq”.
Qeyd edək ki, Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində ciddi problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki “Semaşko” xəstəxanasına yerləşdirilmişdi.
Onun səhhəti ilə bağlı bütün məsələləri Sankt-Peterburqdakı konsulumuz və diasporumuz üzərinə götürüb.