Rusiya Daxili İşlər Nazirliyində kəskin şəxsi heyət çatışmazlığı var.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev deyib.
“Başa düşürəm ki, şəxsi heyət çatışmazlığı çox böyükdür, hətta mən deyərdim kritik vəziyyətdədir. Təkcə ötən ay Rusiya Daxili İşlər Nazirliyindən 5 min nəfər istefa verib. Çox çətin vəziyyətdir”, – nazir bildirib.