Rusiyanın paytaxtı Moskva yaxınlığında yerləşən kəndlərdən birində dəhşətli qətl hadisəsi törədilib.
Karantin rejiminə əməl etməyən 5 nəfər kənd sakini tərəfindən öldürülüb.
Hadisənin təfərrüatlarına gəlincə, karantin rejiminə əməl etməyən qrupun hərəkəti səs-küy salması olub. Bundan sonra qətli törədən şəxs onlardan sakit olmasını tələb edib. Bu əsnada onlar arasında qarşıdurma olub. Bundan sonra həmin şəxs ov tüfəngi ilə qrupu atəşə tutub. Nəticə 5 nəfər hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.