Rusiyada kafe yandı: 15 nəfər öldü

Rusiyada kafe yandı: 15 nəfər öldü

Rusiyanın Kostroma şəhərində kafedə yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Kostroma vilayətinin fövqəladə hallar idarəsi məlumat yayıb.

Baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olub.

Qeyd olunub ki, yanğın 3,5 min kvadrat metr sahəni əhatə edib və kafenin damı çöküb.

Yanğına pirotexniki vasitələrdən istifadənin səbəb olduğu açıqlanıb.

Teqlər: