Rusiyada islamafob deputatın başı yarıldı – Video

Rusiyada islamafob deputatın başı yarıldı – Video

Rusiyanın Samara vilayətində Kommunist Partiyası fraksiyasının üzvü, ksenofob və antiislam mövqeyi ilə tanınan deputat Mixail Matveyev miqrant tərəfindən döyülüb.

AzerTimes xəbər verir ki, bununla bağlı deputat özü Teleqram kanalında məlumat yayıb, başının sarğıda olan fotosunu, həmçinin video da yerləşdirib.

Özünün iddiasına görə, ərazidən keçərkən dəyənəklə “silahlanmış” üç miqrantın yoldan keçən insanları qorxutduqlarını görüb və sürücüdən maşını dayandırmağı istəyib.

Daha sonra deputat maşından enib və qısa söhbətdən sonra onun başına dəyənəklə zərbə endirilib.

O, hadisədən sonra əraziyə polis və təcili tibbi yardım çağırdığını və onların da əraziyə olduqca gec gəlməsindən şikayətçi olduğunu bildirib.

Qeyd edək ki, Matveyev bundan öncə İslam dinini təhqir etdiyinə görə, Çeçenistan lideri Ramzan Kadırovdan üzr istəməyə məcbur olmuşdu.

Teqlər: