Rusiyada İslam bankı yaradıla bilər

Rusiyada İslam bankı yaradıla bilər

Rusiyada İslam bankı yaradıla bilər. Bu məsələ hazırda müzakirə mərhələsindədir.

AzerTimes Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Maliyyə Bazarları Komitəsinin sədri Anatoli Aksakov Kazanda çıxışında deyib.

“Biz Rusiyada İslam bankının yaradılması üzərində fəal şəkildə çalışırıq. Ölkəmizin İslam əhalisini təmsil edənlər də daxil olmaqla, biznes nümayəndələri ilə işləyirik”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi və ərəb ölkələri belə bir bankın yaradılması ilə bağlı danışıqlar aparırlar.

Parlament üzvü həmçinin qeyd edib ki, bu işin gələn il başa çatacağını gözləyir.

Qeyd edək ki, sentyabrın 15-də Çeçenistan lideri Ramzan Kadırov Rusiyada İslam bankçılığının inkişafının təşəbbüskarlarından biri olduğunu bildirib. O, İslam bankçılığının Rusiyada geniş dəstək qazanacağına inanır.

Teqlər: