Rusiyada internet çöksə, Azərbaycana təsiri olacaq? – AÇIQLAMA

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar informasiya
texnologiyaları sahəsini də əhatə edir.

Bəs bu Azərbaycan üçün hansı təhlükələri yaradır?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Azərbaycanın
qlobal internet şəbəkəsinə bağlantısı “Delta Telekom LTD” MMM və
“Azərtelekom” MMC-nin beynəlxalq internet kanalları vasitəsilə
təmin edilir.

Qeyd edilib ki, yaradılmış internet magistralı həm şimal
(Rusiya) və cənub (İran-Türkiyə), həm də qərb
(Gürcüstan-Türkiyə-Almaniya, Gürcüstan – Bolqarıstan-Almaniya)
istiqamətində tam yedəkli olaraq, beynəlxalq internet kanallarına
malikdir. Hər üç istiqamətdən alternativ optik kanallar vasitəsi
ilə Avropa İnternet Magistralına çıxış təmin olunur.

Beləliklə, hazırda Azərbaycanın qlobal internet şəbəkəsinə
bağlantısı müxtəlif istiqamətlərdən alternativlik təmin edilməklə
təşkil edilib. Regionda cərəyan edən hadisələri nəzərə alaraq hər
hansı texniki problemlərlə bağlı Azərbaycana təhlükənin yaranmaması
üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Twitter:@FaridZohrabov

Teqlər: