Rusiyada inflyasiya zəifləyib

Rusiyada 2022-ci ilin aprelində inflyasiya 1,56 faizə qədər
azalıb.

Trend xəbər verir ki, bu barədə хдлэтшт Dövlət Statistika
Federal Xidmətindən bildirilib.

Məlumata əsasən, 2022-ci ilin aprel ayında 2022-ci ilin mart ayı
ilə müqayisədə istehlak qiymətləri indeksi 101,56 faiz, 2021-ci
ilin dekabr ayı ilə müqayisədə isə 111,67 faiz təşkil edib.

Qeyd olunur ki, ötən ay ölkədə illik inflyasiya martdakı 16,69
faizə qarşı 17,83 faiz təşkil edib.