Rusiyanın Sakit Okean akvatoriyasında Kuril adaları yaxınlığında 3.4 və 4.3 bal gücündə iki zəlzələ baş verib.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər akademiyası Vahid geofizik xidmətinin saxalin filialından xəbər verilib.
Zəlzələ episentrləri Kiçik Kuril silsiləsinin yaxınlığında olub. Maqnitudaları 3,4 və 4,3 olan təkanların ocaqlarının dərinliyi müvafiq olaraq 30 və 65 kilometrdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Xəsarət alan və dağintılar barədə məlumat verilməyib.