Əgər onlar Kommunist Partiyasının proqramını yerinə yetirməyə hazırdırlarsa, “Ədalətli Rusiya” partiyası ilə birləşmək istisna edilmir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib.
“Ədalətli Rusiya” partiyası ilə Rusiya Federasiyası Kommunist Partiyasının birləşməsi tarixi perspektivdə qaçılmazdır, Rusiya Federasiyası Kommunist Partiyasının müvafiq təklifi çoxdan verilib. Partiyanın proqramı dərc olunub, materiallar bəllidir, birləşmənin şərtləri də var – baxsınlar, təkliflərini bizə təqdim etsinlər”, – deyə Züqanov söyləyib.