Rusiyanın Tuva Respublikasında İstilik Elektrik Stansiyasında (İES) partlayış olub.
AzerTimes xəbər verir ki, bu barədə respublikanın başçısı Vladislav Xovalıq bildirib.
Hadisə nəticəsində 18 nəfər yaralanaraq, xəstəxanaya yerləşdirilib:
“6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağırdır. Daha üç nəfərin vəziyyəti qənaətbəxşdir. Hazırda bütün yaralılar xəstəxanalara çatdırılır”.