Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın “Heyvanların Sağlamlığının Mühafizəsi Federal Mərkəzi” heyvanlar üçün koronavirusa qarşı vaksin istehsal edib.
AzerTimes-ın məlumatına görə, ilk vaksin partiyası 17 min doza təşkil edib.
Qeyd olunur ki, “Karnivak-Kov” vaksini ilkin olaraq ayda 3 milon doza həcmində buraxılacaq.
Vaksin ev heyvanları və digər heyvanlar üçün profilaltika xarakter daşıyır.
Bu, dünyada heyvanlar üçün qeydiyyata alınan ilk koronavirus vaksinidir.