Rusiyanın Kaluqa vilayəti yaxınlığındakı hərbi aerodromda qırıcı təyyarə qəzaya uğrayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, “Tu-22M3” bombardmançı təyyarəsində yerdə gözlənilmədən katapulta sisteminin işə düşməsi nəticəsində təyyarənin 3 heyət üzvü ölüb.
Hadisə uçuşa hazırlıq zamanı baş verib.