Rusiya hərbi-siyasi rəhbərliyi ölkə əhalisi arasında etibarını itirir, amma “Vaqner” sakinlər arasında getdikcə daha çox populyarlıq qazanır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Belqorod və digər sərhədyanı rayonlarda baş verən hadisələr Rusiya Müdafiə Nazirliyinin silahlı qruplarına qarşı effektiv fəaliyyət göstərə bilməməsinin tam sübutu idi. Hakimiyyətə inamsızlıq, qorxu və yeni dayaq axtarışı Rusiya əhalisini cinayətkarlara arxalanmağa sövq edir. Rusiyada daxili vəziyyət hər gün pisləşir”, – məlumatda qeyd olunub.