Rusiyanın Primorks diyarındakı Partizanski və Lazovski rayonlarının hərbi komissarı Roman Malık ölü tapılıb.
AzerTimes xəbər verir ki ki, bu barədə onun yaxınları məlumat verib.
Yaxınları bildirib ki, Malık ağır döyüşlər görüb, sağlamlığında problem olmayıb.
Hadisənin səbəbi hələ məlum deyil.
Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunmuşdu.