Rusiyanın bir sıra şəhərlərində hərbi komissarlıqlara hücumların artması ilə əlaqədar onların mühafizəsi gücləndirilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat verib.
“Bir sıra şəhərlərdə, o cümlədən Moskvada hərbi komissarlıq binalarının yaxınlığında Rusiya Qvardiyasının şəxsi mühafizə dəstələri yerləşdirilib. Bundan əlavə, onlar bütün ölkə ərazisində Özəl Təhlükəsizlik Şöbəsi ekipajlarının patrul marşrutlarına daxil ediliblər”, – Xinşteyn qeyd edib.