Dekabrın 5-də Rusiyanın Ryazan vilayətindəki Dyaqilevo strateji aviasiya aerodromunda baş verən müəmmalı partlayışdan sonra ən azı 9 bombardmançı təyyarə dayanacaqdan yoxa çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Planet.com saytı məlumat yayıb.
Peyk görüntülərinə görə, söhbət Tu-22M bombardmançılarından, həmçinin partlayış nəticəsində zədələnmiş təyyarələrdən gedir.
Partlayış nəticəsində Tu-22M-lərin də zədələndiyi və ya Rusiya komandanlığının təyyarələri daha təhlükəsiz əraziyə köçürdüyü məlum deyil.
Qeyd edək ki, Rusiyanın Ryazan şəhəri yaxınlığında yerləşən aerodromda yanacaq daşıyan maşın partlayıb. Nəticədə 3 nəfər ölüb, 6-sı yaralanıb.