Rusiyada Mi-8 helikopteri Buryat Respublikası ilə İrkutsk vilayəti arasında itib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası idarəsindən məlumat verilib.
“İlkin məlumatlara görə, sentyabrın 3-də Buryatiya Respublikasının İrkutsk vilayəti ilə sərhədində İrkutsk – Orlik marşrutu üzrə uçan Mi-8 helikopteri ilə əlaqə kəsilib. Helikopterdə olanların sayı və şəraitlə bağlı məlumatlar dəqiqləşdirilir”, – məlumatda qeyd olunub.
Helikopterin tapılması istiqamətində axtarışların aparıldığı bildirilib.
Qeyd edək ki, avqustun 31-də də Rusiyanın Kamçatka vilayətində Mi-8 helikopteri qəzaya uğramışdı.