Ötən gün Rusiyanın Volqoqrad vilayətində 19 saylı Cəzaçəkmə Müəssisəsində baş verən iğtişaşda yaralanan koloniyanın əməkdaşlarının son vəziyyəti açıqlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Regional Səhiyyə Komitəsi məlumat yayıb.
“1983-cü il təvəllüdlü xəstə 25 saylı təcili tibbi yardım xəstəxanasındadır. Onun vəziyyəti orta-ağırdır. Üç xəstə isə 1 saylı Volqoqrad Klinik Xəstəxanasında müalicə olunur. 1979-cu il təvəllüdlü iki nəfərin vəziyyəti ağır, 1988-ci il təvəllüdlü şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir”, – məlumatda bildirilib.