Buryatiyada 5,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yeraltı təkanlar Baykal gölünün sularında Saxuli kəndindən 58 km aralıda qeydə alınıb.
Zəlzələ Kurumkan, Barquzin, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Ude şəhərində hiss olunub.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.