Rusiyada güclü yanğın: 17 nəfər yaralandı

Rusiyada güclü yanğın: 17 nəfər yaralandı

Rusiyanın Federasiyanın Çuvaşıstan Respublikasının Çeboksarı şəhərində çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində 17 nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın ikinci mərtəbədə yerləşən mənzildə baş verib. Yanğının sahəsi 30 kv.m ərazini əhatə edib. FHN əməkdaşları 26 nəfəri təxliyə etməyi bacarıb.

Xəsarət alanlar arasında azyaşlıların da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: