Rusiyanın Bryansk şəhərindəki gimnaziyada atışma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bildirilib ki, gimnaziyanın Alina A. adlı 8-ci sinif şagirdi 4-cü mərtəbəyə qalxıb və sinifə daxil olaraq atəş açmağa başlayıb. Daha sonra isə özünü öldürüb.
Hazırda gimnaziyanın ətrafı polis tərəfindən mühasirəyə alınıb.