Rusiyada FTX-nin binası yandırıldı

Rusiyada FTX-nin binası yandırıldı

Rusiyanın Novosibirsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin yerli idarəsi naməlum şəxslər tərəfindən yandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, binanın pəncərəsindən içəriyə “Molotov kokteyli” atılıb və nəticədə ofis tamamilə yanıb.

“Baza” Teleqram kanalının yaydığı informasiyaya görə, hadisəni törədən şəxs məhz Ukraynadan olan dələduzların tapşırığını yerinə yetirib.

Teqlər: