Rusiyada fərdi evdə baş verən yanğın nəticəsində 4 nəfər həyatını itirib

Rusiyanın Krasnoyarsk diyarında fərdi evdə baş verən yanğln
nəticəsində 4 nəfər həyatını itirib.

Trend yerli KİV-lərə istinaxən xəbər verir ki, bu barədə
regional FHN idarəsindən məlumat veriblər.

Qeyd olunur ki, hadisə Açinsk şəhərində baş verib.


“Yanğın nəticəsində 4 nəfər həlak olub. Yanğınsöndürənlər qonşu
mənzildən biri uşaq olmaqla üç nəfəri xilas ediblər. Yanğın
təqribən 10 kvadrat metr sahəni əhatə edib”, – qurumdan
bildirilib.

Alovun söndürülməsində 20-dək yanğınsöndürən, 6 texnika cəlb
edilib.

Teqlər: