Rusiyada fastfud reklamlarını azaltmaq təklif olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada fastfud reklamlarının məhdudlaşdırılması təklif olunub.

AzerTimes-ın məlumatına görə, bununla əlaqədar olaraq Sosial Tədqiqatlar İnstitutunun direkoru Maksim Petunin Rusiya Səhiyyə Nazirliyinə məktub göndərib.

Məktubda qeyd olunur ki, fastfud məhsullarının sağlamlığa ziyanı barədə dəfələrlə xəbərdarlıqlar olunur. Bir sıra ölkələrdə isə fastfud həvəskarlarının sayının azaldılması üçün tədbirlər görülür.


Ekspert həmin məhsullar barədə KİV-lərdə, internetdə reklamın, küçələrdə lövhələr qurulmasının, eləcə də televiziyalarda saat 08:00-dan 23:00-dək reklam çarxlarının yayımlanmasının qadağan olunmasını təklif edib.