Rusiyada “Facebook” bloklanıb

“Roskomnadzor” Rusiya media hesablarının bloklanmasına cavab
olaraq “Facebook” sosial şəbəkəsini bloklamaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə qurumun internet saytında
məlumat yerləşdirilib.

Vurğulanır ki, “Roskomnadzor” 2022-ci il martın 4-də Rusiya
Federasiyasında “Facebook” şəbəkəsinə (Meta Platforms, Inc.-ə
məxsus) girişi bloklamaq qərarına gəlib.


Roskomnadzor bildirir ki, 2020-ci ilin oktyabr ayından bəri “Facebook” tərəfindən Rusiya mediasına və informasiya resurslarına
qarşı 26 diskriminasiya faktı qeydə alınıb.