Rusiyada “Euronews” telekanalının saytı bloklanıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə
qərar ölkənin Baş Prokurorluğu tərəfindən qəbul edilib.
Bildirilir ki, sayt kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə,
müəyyən edilmiş qaydaları pozmaqla keçirilən kütləvi (ictimai)
tədbirlərdə iştiraka çağırışları əks etdirən saytlara girişin
məhdudlaşdırılması prosedurunu tənzimləyən “İnformasiya,
informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında”
Federal Qanunun 15.3-cü maddəsinə əsasən bloklanıb.
Bundan əlavə, telekanalın TV-də də fəaliyyətinin dayandırıldığı
qeyd edilir. Telekanalın efirində “Müəllif hüququ sahibinin tələbi
ilə kanalın yayımı dayandırıldı” mesajı göstərilir.