Rusiyada dustaqlar iki əməkdaşı girov götürdü

Rusiyada dustaqlar iki əməkdaşı girov götürdü

Rusiyanın Rostov vilayətində istintaq təcridxanasında saxlanılanlar iki əməkdaşı girov götürüblər.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətindən məlumat verilib.

“Rusiya Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər penitensiar sistemin iki əməkdaşını girov götürüb. Hadisə yerində Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə rəhbəri, həmçinin hüquq-mühafizə orqanlarının və prokurorluğun nümayəndələri yollanıblar”, – məlumatda qeyd olunub.

TASS-ın məlumatına görə, istintaq təcridxanasında girov götürən məhbusların arasında İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunanlar da var.

Teqlər: