Rusiyada Dövlət Dumasına seçkilərdə seçici aktivliyi 40,49 faiz təşkil edir.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.
Məlumatda bildirilir: “Dövlət Dumasına seçkilər, səsvermənin gedişatı: 40,49 faiz”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasına seçkilər 3 gün davam edir – 17,18 və 19 sentyabr. Dövlət Dumasına seçkilərlə yanaşı Rusiya Federasiyasının 9 subyektinin rəhbəri və 39 regional parlamentinə də seçkilər keçirilir.