Rusiya Prezidenti Vladimir Putinin rejimi çevriliş nəticəsində devrilə bilər.
AzerTimes xəbər verir ki, bunu rusiyalı müxalifətçi və publisist Andrey Piontkovski deyib.
“Keçən həftə Rusiyada daxili çevrilişə cəhd oldu, bunu çox az adam fərq etdi. Onun ilhamçısı qeyri-rəsmi ultrafaşist partiyadır, yəni Aleksandr Duqindir. Putini ifşa edən Qirkin isə son verilişlərdə Putini asmağı belə tələb etdi. Əslində dövlət çevrilişinə cəhd olub”, – müxalifətçi vurğulayıb.
Politoloqun fikrincə, Putini daxili etirazlarla devirmək olar:
“Nüvə silahına sahib olan suveren dövlətə qarşı hərbi təcavüz çox təhlükəli qumar oyunudur. Düşünürəm ki, Qərb liderləri arasında ən qaynar başlar belə bunu başa düşür”.