Rusiyanın Samara vilayətində dəmiryol körpüsündə partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər bu gün səhər saatlarında dəmir yolunun Zvezda-Çapayevsk adlanan hissəsində körpünün dayaqlarını partlatmağa cəhd ediblər. Nəticədə körpünün metal konstruksiyaları zədələnsə də, dayaqlar ziyan görməyib.
Moskvadan gələn qatarların hərəkəti dayandırılıb.