Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada bioloqlar koronavirusun “delta” ştammının indiyədək məlum olmayan altnövünü aşkar edib.
Trend-in məlumatına görə, bu barədə Skolkovo Texniki Universitetinin bir qrup aliminin məqaləsində yazılıb.
Qeyd olunur ki, aparılan müşahidələr zamanı 2021-ci il aprel-oktyabr aylarında koronavirusun “delta” ştammına yoluxmuş şəxslərdən 1 400-dən çox nümunə götürülüb.
Nümunələrin təhlili bu virusların indiyə qədər heç yerdə görünməmiş iki fərqli mutasiyaya malik olduğunu müəyyənləşdirib.
Alimlər qeyd edib ki, AY.122 tipinə aid olan “delta” variantı digər ölkələrdə qeydə alınmayıb.