Rusiyada dəhşətli yanğın: Yanacaq tankeri… – Video

Rusiyada dəhşətli yanğın: Yanacaq tankeri… – Video

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye zonasında yanacaq daşıyan maşın və dəmir yolu çənləri yanıb.

AzerTimes Baku TV-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, əvvəlcə yanacaq tankeri yanıb, daha sonra yanğın yaxınlıqda yerləşən üç vaqona keçib. Yanğın 400 kvadratmetr sahəni əhatə edib və lokallaşdırılıb.

Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilib.

Teqlər: