Rusiyada yaddaş itkisinə və hallüsinasiyalara səbəb olan xəstəlik epidemiyası qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Söhbət Malta qızdırmasından gedir – bu xırdabuynuzlu heyvanların bruselyozudur. Epidemiya Samaranın Kuybışevski rayonundakı yardımçı təsərrüfatın ərazisində aşkarlanıb. Xəstəlik insanlara ət, süd, pendir kimi tam işlənməmiş qidaların qəbulu ilə keçir.
Xəstəliyin xroniki formasında artrit, hepatit, yaddaş və hərəkət koordinasiyasının pozulması, eləcə də digər ciddi fəsadlar baş verə bilər.