Rusiyada daşqınlar: 6300-dən çox ev su altında qaldı

Rusiyada daşqınlar: 6300-dən çox ev su altında qaldı

Orenburq vilayətində su altında qalan evlərin sayı 6300-ə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Təkcə Orsk şəhərində su altında 4500 ev qalıb. Sutka ərzində su altında qalan evlərin sayı 2400 olub”, – məlumatda bildirilib.

Məlumata görə, Orenburq vilayətində Ural çayının səviyyəsi daha 28 sm artıb.

Teqlər: