Rusiyanın Komi respublikasının Ust-Kulom bölgəsində yüngül mühərrikli təyyarə uçuş zamanı qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Mayın 17-də saat 17:35-də Ust-Kulom hava limanından havaya qalxarkən “Piper-PA28-140” markalı yüngül mühərrikli təyyarənin yüksək gərginlikli naqillərə çırpılaraq yerə düşməsi barədə məlumat daxil olub. Yanğın baş verib. Təyyarədə iki nəfər olub. Ölən olmayıb, təyyarənin pilotu xəsarət alıb”, – FHN-in məlumatında qeyd olunub.