Rusiyada daha bir oliqarx “aradan götürüldü”

Rusiyada daha bir oliqarx “aradan götürüldü”

Rusiya Dəmir Yollarının “Digital logistika” törəmə şirkətinin kommunikasiyalar üzrə direktoru Pavel Pçelnikov ölüb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə 28 sentyabrda baş verib. Hazırda istintaq gedir.

52 yaşlı Pşelnikovun meyiti Moskvadakı evinin eyvanında tapılıb. İlkin məlumata görə, o, intihar edib.

Ukraynadakı müharibədə yüksək rütbəli rus zabitlərin və oliqarxların ölümlərini sənədləşdirmək üçün açıq mənbələrdəki məlumatlardan istifadə edən “Top Cargo 200” saytı Pçelnikovun tapançadan açılan atəşlə öldüyünü bildirib. Maraqlıdır ki, Pçelnikovun işlədiyi şirkət Rusiya Dəmir Yollarını haker hücumundan qorumamaqda ittiham olunur. Bildirilir ki, bu səbəbdən də rus qoşunların mühüm resurslarla təchizatında ləngimə baş verib.

“Biz güman edirik ki, o, şəbəkə infrastrukturunu Ukrayna hakerlərinin hücumlarından qoruya bilməyib”, – Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko “Blick”ə bildirib.

Nəticədə Rusiya dəmir yollarında qəzalar baş verib ki, bu da rus ordusuna hərbi ləvazimatların vaxtında çatdırılmasına imkan verməyib.

Qeyd edək ki, Pçelnikovun “intihar etməsi” birmənalı qarşılanmayıb. Yalnız son bir ayda “Qazprombank”ın keçmiş vitse-prezidenti, “Qazprom”un top-meneceri, “Likoyl”un direktoru da daxil olmaqla, bir çox oliqarxlar “intihar” edib.

Bu fakt onların intihar etmədiyi, aradan götürüldüyü haqda iddiaların yaranmasına səbəb olub.

Teqlər: