Rusiyada daha bir general həbs edildi

Rusiyada daha bir general həbs edildi

Rusiya Federasiyası Müdafiə Nazirliyinin İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterov saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “ Sledkom” Teleqram kanalı məlumat yayıb.

“İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi FTX-nin əməliyyat dəstəyi ilə Müdafiə Nazirliyinin, eləcə də “Patriot” parkı və sərgi mərkəzinin vəzifəli şəxslərinə qarşı dələduzluq maddəsi ilə cinayət işini araşdırır. Cinayət işi çərçivəsində Vladimir Şesterov və park direktoru Vyaçeslav Əhmədov saxlanılıb”, – məlumatda bildirilib.

Teqlər: