Rusiyada daha 575 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,79 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 19 138 nəfər virusa yoluxub, 575 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 793 810 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 71 651 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 3 229 258 şəxs virusdan sağalıb, 492 901 nəfərin müalicəsi isə davam edir.