Rusiyada daha 470 nəfər koronavirusun qurbanı olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,13 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 13 433 nəfər virusa yoluxub, 470 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 139 031 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 82 396 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 3 679 949 şəxs virusdan sağalıb, 376 686 nəfərin müalicəsi isə davam edir.