Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 1 243 nəfər koronavirusdan vəfat edib.
Trend-in məlumatına görə, bugünədək Rusiyada virusdan ölənlərin sayı 266 579 nəfərə çatıb.
Ötən gün ölkədə 1 241 nəfərin ölümü qeydə alınmışdı.
Eyni zamanda ölkədə son sutkada 33 996 nəfər koronavirusa yoluxub.
Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı isə 9,4 milyon nəfəri ötüb.