Rusiyada Buça qətliamından yazan tibb bacısı həbs edildi

Rusiyada Buça qətliamından yazan tibb bacısı həbs edildi

Moskva məhkəməsi 59 yaşlı tibb bacısı Olqa Menşixi Rusiya ordusu haqqında “saxta xəbər” yaymaqda təqsirli bilərək, 8 il müddətinə azadlıqdan məhrum edib.

AzerTimes xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.

Məlumata görə, Menşix 14 iyul 2022-ci il və 31 mart 2023-cü il tarixlərində VKontakte sosial şəbəkəsində iki post yerləşdirib. Birinci postda Rusiyanın Ukraynanın Vinnitsa şəhərini atəşə tutması nəticəsində həlak olanlardan danışıb və Rusiya XİN-in spikeri Mariya Zaxarovanı tənqid edib. İkinci postunda isə Buça qurbanları haqqında informasiya paylaşıb.

Müstəntiqlər qeyd ediblər ki, o, postları Rusiya hakimiyyətinə, hərbi qulluqçulara, Rusiya xalqına və bütövlükdə ölkəyə qarşı qeyri-dost, düşmən-aqressiv münasibəti rəhbər tutaraq hazırlayıb.

Tibb bacısı səhifəsinin “sındırıldığını” iddia edərək yazıları yerləşdirdiyini təkzib edib.

Teqlər: