Sentyabrın 1-dən Rusiyanın Kamçatka vilayətinin ərazisində Çexiyanın L-410 təyyarəsi ilə uçuşlar dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Məlumata görə, yerli hökumət vəziyyəti təmirin mümkünsüzlüyü ilə izah edib:
“Bu, Qərbin sanksiyaları səbəbindən ehtiyat hissələrinin olmaması ilə bağlıdır”.
“Avrora” aviaşirkətinin mətbuat xidməti də məlumatı təsdiqləyərək qeyd edib ki, 17-19 nəfəri daşımaq üçün nəzərdə tutulmuş təyyarələr Kamçatka Aviasiya Müəssisəsinin parkındakı digər texnika ilə əvəz olunacaq.
Qeyd edək ki, Kamçatka L-410-un istismarını dayandıran ikinci Rusiya bölgəsi oldu. Bundan əvvəl də eyni səbəbdən Komidə bu tədbirlər həyata keçirilib.