Üç il ərzində Rusiyada “Visa” və “Mastercard” ödəniş sistemləri vasitəsilə ödənişlər praktiki olaraq yox olacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Olqa Skoroboqatova deyib.
O bildirib ki, beynəlxalq ödəniş infrastrukturu beş il ərzində SVIFT-dən regional platformalara keçəcək:
“Biz mayda sənaye platforması yaratdıq. Qanun qəbul ediləndən sonra biz real əməliyyatlar üzrə rəqəmsal rublla işləməyə başlayacağıq”.