

Volqoqrad hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 21:42-dən etibarən Volqoqrad hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir”, – məlumatda deyilir.
Qeyd olunur ki, uçuşun təhlükəsizliyini təmin etmək üçün hava gəmilərinin ekipajları, dispetçerlər və hava limanının xidmətləri bütün zəruri tədbirləri həyata keçirir.