Rusiyada böyük neft yatağı tapıldı

Rusiyanın “Qazpro Neft” şirkəti son 30 ilin ən böyük neft ehtiyatının kəşf edildiyini açıqlayıb.

AzerTimes xəbər verir ki, neft yatağı Yamalo-Nenets Muxtar Vilayətinin Arktika hissəsində kəşf edilib. Şirkətin açıqlamasına görə, Yujno-Novoportovskoye və Saletinskoye yataqlarının sərhədləri daxilində aparılan qazma əməliyyatları nəticəsində 55 milyon ton neft ehtiyatı olan nəhəng yataq aşkar edilib. Kəşfin Rusiyanın 2050-ci il enerji strategiyası məqsədlərinə uyğun olaraq çox vacib olduğu bildirilib.

Şirkət əldə edilən məlumatlara əsasən, regionda əlavə kəşfiyyat işlərinin davam etdiriləcəyini və yeni ehtiyatların işlənməsi üçün hərtərəfli istehsal proqramının hazırlanacağını açıqlayıb.