Qarşıdakı üç gündə Rusiya vətəndaşları növbəti 6 il ərzində ölkəyə rəhbərlik edəcək prezidenti seçəcəklər. Bu, yeniliklərin – üç günlük və məsafədən elektron səsvermənin tətbiq olunduğu ilk prezident seçkiləri olacaq.
AzerTimes xəbər verir ki, səsvermədə ilk dəfə Ukraynanın işğal edilmiş ərazilərinin sakinləri də iştirak edəcək.
Rusiyanın 8-ci prezident seçkilərində 2008-ci ildən bəri ilk dəfə olaraq ölkənin əsas postu uğrunda dörd namizəd mübarizə aparacaq: Vladislav Davankov (namizədliyi Yeni Xalq Partiyası tərəfindən irəli sürülüb), hazırkı prezident Vladimir Putin (müstəqil), LDPR-dən namizədliyi irəli sürülmüş Leonid Slutski və Rusiya Kommunist Partiyasından Nikolay Xaritonov.
Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilən son prezident seçkilərində səkkiz namizəd var idi.