Rusiyanın Stavropol diyarında Tu-22M3 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarədə olan 4 pilot katapult edə bilib.
Pilotlardan 3-ü xilas olunub, birinin isə axtarışları davam etdirilir.
Qəzaya səbəb kimi təyyarədə texniki nasazlıq göstərilir.
Bildirilib ki, təyyarə açıq əraziyə düşüb, dağıntılar yoxdur.