Rusiyada BMP-3-ün sürücü olmadan, elektron planşetlə idarə oluna bilən versiyası yaradılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın “Zvezda” kanalı məlumat yayıb.
Versiya “Siqnal” Ümumrusiya Elmi-Araşdırma İnstitutu tərəfindən hazırlanıb.
İnstitutun baş konstruktoru Sergey Kurdubanovun sözlərinə görə, belə bir versiyanı bütün hərbi texnikalar üçün tətbiq etmək olar. Bunun üçün sadəcə 10 gün vaxt lazımdır.